...

AAYDA-da heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib - RƏSMİ

Gündəm Materials 10 Fevral 2026 16:11 (UTC +04:00)
AAYDA-da heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib - RƏSMİ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bəzi xəbər saytlarında və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr islahatlarına başlanıldığı və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Trend xəbər verir ki, bu barədə AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, yayılan informasiya əsassızdır. Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız ictimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər.

Qeyd edək ki, bu gün bəzi informasiya saytları AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımovun vəzifəsindən azad edildiyini yazmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti