Bakı. Trend:
Fevralın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın
11-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı
hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə
isə qar yağır.
Qar örtüyünün hündürlüyü Şahbuzda 50, Qaxda (Sarıbaş) 28,
Daşkəsəndə 20, Göygöldə 18, Gədəbəydə 15, Ağdamda 14, Lerikdə 10,
Tərtərdə 9, Şamaxı, Yardımlıda 8, İmişlidə 7, Qubada 6, Goranboy,
Xızı, Xaltanda 4, Naftalan, Qobustanda 3, Gəncə, Bərdə, İsmayıllı,
Qəbələ, Qusar, Şəmkir, Sədərəkdə 2, Mingəçevirdə 1 sm-dir.
Düşən yağıntının miqdarı Lənkəranda 23, Cəlilabad, Biləsuvarda 16,
Astarada 15, Göyçayda 14, Neftçala, Zərdabda 13, Sabirabad, Şərurda
12, Oğuz, Ağsuda 9, Beyləqanda 8, Yevlax, Kürdəmirdə 5, Ağstafa,
Şahdağ, Şabranda 3, Naxçıvanda 2, Şəki, Zaqatala, Ceyrançöl, Tovuz,
Ordubad, Balakən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1
mm-dir.
Göygöl, Tərtər, Yevlax, Göyçay, Şamaxı, Quba, Qusar, Qrız, Qax
(Sarıbaş), Şəki, Oğuz, Balakən, Şəmkir, Daşkəsən, Şərurda duman
müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan yağıntının 11-i axşamdan tədricən
kəsiləcəyi, 12-13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda
əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.
