...

Avropa İttifaqı Macarıstana müharibə elan edib – Orban

Dünya xəbərləri Materials 11 Fevral 2026 12:45 (UTC +04:00)
Avropa İttifaqı Macarıstana müharibə elan edib – Orban
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ukraynanın bloka üzvlüyü prosesinin sürətləndirilməsi ilə bağlı yeni planı Macarıstana müharibə elan edilməsi anlamına gəlir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, “Politico” Avropa İttifaqı və Ukraynanın son hərbi planını - “Ukrayna lideri Volodimir Zelenskinin beş bəndlik planını” dərc edib.

O əminliklə qeyd edir ki, Brüsseldə Kiyevin artıq 2027-ci ildə Avropa İttifaqına qəbul olunacağı barədə qərar verilib.

“Bu yeni plan Macarıstana açıq müharibə elanıdır. Onlar Macar xalqının qərarını nəzərə almır və hər hansı zəruri vasitələrlə Macarıstan hökumətini devirmək əzmindədirlər”, - o yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti