...

Azərbaycanda neft hasilatı ilə bağlı 2026-2027-ci illərin proqnozu

Energetika Materials 11 Fevral 2026 11:11 (UTC +04:00)
Azərbaycanda neft hasilatı ilə bağlı 2026-2027-ci illərin proqnozu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının həm 2026, həm də 2027-ci illərdə orta hesabla günə 0,54 milyon barel təşkil edəcəyi gözlənilir.

Bu barədə Trend ABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) 2026-cı ilin fevral ayı üzrə qısamüddətli enerji proqnozuna istinadən xəbər verir.

Proqnoza əsasən, bu göstərici 2025-ci ildə qeydə alınmış təxminən günə 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalıb.

EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə hasilat birinci rübdə orta hesabla günə 0,55 milyon barel təşkil edəcək, ikinci rübdə günə 0,54 milyon barel , üçüncü və dördüncü rüblərdə isə günə 0,53 milyon barelə enəcək.

Oxşar dinamika 2027-ci il üçün də proqnozlaşdırılır: birinci rübdə hasilatın günə 0,55 milyon barrelə , ikinci rübdə günə 0,54 milyon barelə, ilin ikinci yarısında isə günə 0,53 milyon barel səviyyəsində olacağı gözlənilir ki, bu da illik orta göstəricinin gündəlik 0,54 milyon barel səviyyəsində formalaşmasını təmin edəcək.

Bu arada, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmdən 16,2 milyon tonu “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağının, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub. Bunun 20 milyon tonu konsorsiumlar, 2,5 milyon tonu SOCAR, 0,6 milyon tonu isə JOCAP tərəfindən təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti