...

Azərbaycan energetika sahəsində ABŞ-ın etibarlı tərəfdaşı kimi tanınıb

Siyasət Materials 10 Fevral 2026 22:38 (UTC +04:00)
Azərbaycan energetika sahəsində ABŞ-ın etibarlı tərəfdaşı kimi tanınıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ regionun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı tərəfdaş kimi strateji rolunu qeyd edib.

Trend xəbər verir ki, bu, xüsusilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının mətnində öz əksini tapıb.

Sənəddə deyilir ki, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini tanıyaraq, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları neft, qaz və elektroenergetika sektorları da daxil olmaqla enerji əməkdaşlığını genişləndirmək niyyətindədir.

Tərəflər interkonnektorlar üzrə birgə layihələr, tədarük marşrutlarının şaxələndirilməsi və mülki nüvə energetikası sahəsində əməkdaşlığın dərinləşdirilməsini planlaşdırırlar.

Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası fevralın 10-da Bakıda imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens imzalayıblar.

Xəbər lenti

Xəbər lenti