...

Starmer növbəti parlament seçkilərə qədər Leyborist Partiyasına rəhbərlik etməyi planlaşdırır

Dünya xəbərləri Materials 11 Fevral 2026 00:28 (UTC +04:00)
Starmer növbəti parlament seçkilərə qədər Leyborist Partiyasına rəhbərlik etməyi planlaşdırır

Bakı. Trend:

İstefası ilə bağlı yayılan iddialara münasibət bildirən Böyük Britaniyanın Baş naziri Kir Starmer növbəti parlament seçkilərə qədər Leyborist Partiyasına rəhbərlik etməyi planlaşdırdığını deyib.

Trend xəbər verir ki, Starmer bu fikirləri “Sky News” telekanalına müsahibəsində səsləndirib.

“Bəli, belə bir niyyətim var. Dəyişiklikləri reallaşdırmaq üçün mənə beş illik mandat verilib. Qalmaq və seçicilərin məni seçərkən gözlədiyi işi — yəni islahatları həyata keçirməyi qarşıma məqsəd qoymuşam”, – deyə Baş nazir bildirib.

Xatırladaq ki, növbəti seçkilərin 2029-cu ildə keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Böyük Britaniyada parlamentin seçkiləri istənilən vaxt keçirmək səlahiyyəti mövcuddur.

Xəbər lenti

Xəbər lenti