Bakı. Trend:
"Xalq Bank" müştərilərin premium kart üstünlüklərindən daha geniş yararlanması məqsədilə yeni kampaniya keçirir. Belə ki, 30 iyunadək "Xalq Bank"da aktiv əmanəti olan müştərilər Mastercard Black Edition və ya Visa Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya kart hesabına ilkin mədaxil məbləğinə 50 % endirimlə əldə edə biləcəklər.
Premium kartlar sahiblərinə yüksək komfort, fərdi yanaşma və eksklüziv imtiyazlar təqdim edən, eyni zamanda səyahət zamanı müxtəlif üstünlüklərlə müşayiət olunan prestijli ödəniş vasitələridir. Buraya səyahət sığortası, transfer xidmətləri, hava limanlarında biznes zallara pulsuz keçid və digər imtiyazlar daxildir.
Kampaniyadan "Xalq Bank" filiallarına müraciət edərək yararlanmaq mümkündür.
Qeyd edək ki, "Xalq Bank"ın təqdim etdiyi çeşidli depozit məhsulları illik 10.5 %-dək gəlir qazanmaq imkanı yaradır. Ətraflı şərtlərlə tanış olmaq üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/emanetler
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.