Bakı. Trend:
Dünyanın ən sürətlə qocalan ölkələrindən sayılan Cənubi Koreyada həkim çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda hökumət 2027–2031-ci illərdə tibb fakültələrinə qəbul sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ölkənin səhiyyə naziri Con In Kyonq bildirib ki, tibb fakültələrinə illik qəbul kvotası hazırkı 3 058 nəfərdən 2027-ci ildə 3 548 nəfərə çatdırılacaq.
Sonrakı illərdə isə mərhələli şəkildə artırılaraq 2031-ci ildə 3 871 nəfərə yüksəldiləcək.
