Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində ölkədə haqsız rəqabət halları ilə bağlı 75 təsərrüfat subyekti barədə araşdırma aparılıb.
Trend bu barədə dövlət agentliyinə istinadən xəbər verir.
Məlumata görə, haqsız rəqabət hərəkətləri ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə 28 iş qaldırılıb.
Bildirilib ki, 23 təsərrüfat subyekti tərəfindən rəqabət qanunvericiliyinin pozulması halı könüllü aradan qaldırılıb.
“Rəqabət mədəniyyətinin təşviqi, sahibkarlar arasında bərabər imkanların təmin olunması dayanıqlı biznes mühitinin formalaşmasına və iqtisadi səmərəliliyin artırılmasına şərait yaradır”, - məlumatda qeyd edilib.
