Bakı. Trend:
"Qarabağ" klubu ilə ABŞ təmsilçisi "Kolumbus Kru” arasında aparılan danışıqlar yekunlaşıb.
Trend xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Beləliklə, Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.
Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.
Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.