...

Kvemo-Kartli vilayətində və Tbilisi şəhərində yaşayan 75% azərbaycanlı öz səslərini Mixail Saakaşviliyə veriblər – assambleyanın başçısı

Dünya xəbərləri Materials 7 Yanvar 2008 00:13 (UTC +04:00)
Kvemo-Kartli vilayətində və Tbilisi şəhərində yaşayan 75% azərbaycanlı öz səslərini Mixail Saakaşviliyə veriblər – assambleyanın başçısı

Azərbaycanlı, Bakı / müxbir Trend İ.Sultanov / Kvemo-Kartli vilayətində və Tbilisi şəhərində yaşayan 75% azərbaycanlı öz səslərini Mixail Saakaşviliyə veriblər. Bu barədə telefonla "Trendə" Gürcüstanda Milli azərbaycanlılır assambleyasının başçısı (GMAA) Daşqın Gülməmmədov deyib. Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Saakaşvilinin seçki qabağı proqramı Gürcüstanda yaşayan azərbaycanlılara daha yaxın idi nəinki başqa siyasətçilərin proqramları. "Başqa namizədlər bizim həmvətənlərimizə daha az tanış idi", - deyə o vurğuladı.

Gülməmmədov onuda bildirdi ki, Marneuli rayonunun seçicilərinin 90% öz səslərini Saakaşviliyə veriblər. Yalnız 5% seçici birləşmiş müxalifətin namizədi Levan Qeçeçiladzeyə səs verib. GMAA başçısının sözlərinə görə, seçki qabağı kampaniyada Qeçeçiladze bir neçə müəmmalı bəyanatla çıxış etmişdir. Qeçeçiladze demişdir ki, Gürcüstanda hər şey gürcülər üçündür. Nəticədə bu bəyanat azərbaycanlıların seçiminə böyük təsir etmişdir.

GMAA başçısı ümumi Gürcüstanda keçirilən seçkiləri normal qiymətləndirmişdir. "Bu seçkilərdə M.Saakaşviliyə alternativ yox idi", - deyə Gülməmmədov bildirdi. O həmçinin onuda qeyd etdi ki, keçən illərə nisbətən bu seçkilərdə azərbaycanlılar daha aktiv iştrak etdilər.

Xəbər lenti

Xəbər lenti