...

Obamadan Ağ Evdə ilk (FOTO)

Dünya xəbərləri Materials 2 Noyabr 2016 21:13 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Ağ Evin yaşayış hissəsinin görüntülərini yaymağa icazə verib.
Obamadan Ağ Evdə ilk (FOTO)

Bakı. Trend:

ABŞ Prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Ağ Evin yaşayış hissəsinin görüntülərini yaymağa icazə verib.

Trend TASS-a istinadən xəbər verir ki, ölkənin birinci ailəsinin yaşadığı evin fotolarını çəkmək "Architectural Digest" jurnalına həvalə edilib.

Nəşr yazır ki, Ağ Evin ikinci mərtəbəsində prezident ailəsi üçün ayrılmış hissə 2008-ci ildə, seçkilərdən dərhal sonra dekorativ təmir edilib. Təmirə bilavasitə birinci xanım Mişel Obama nəzarət edib. Yeni dekorasiyada Obama ailəsinin zövqü nəzərə alınsa da, tarixi stil qorunub.

Otaqların birində 1898-ci il İspaniya-Amerika müharibəsinin sona çatması barədə müqavilənin imzalandığı anı əks etdirən şəkil asılıbsa, digərində 1978-ci il İsraillə Misir arasındakı Kemp-Devid anlaşmasının imzalandığı antik stol qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti