...

Türkiyədən Suriya ilə bağlı XƏBƏRDARLIQ

Dünya xəbərləri Materials 27 Dekabr 2016 20:54 (UTC +04:00)
Türkiyənin baş nazir müavini Numan Kurtulmuş KİV nümayəndələrini Suriyada çəkildiyi iddia olunan videoların yayılması zamanı diqqətli olmağa çağırıb
Türkiyədən Suriya ilə bağlı XƏBƏRDARLIQ

Bakı. Trend:

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş KİV nümayəndələrini Suriyada çəkildiyi iddia olunan videoların yayılması zamanı diqqətli olmağa çağırıb.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

İlin yekunlarına həsr olunan brifinqdə çıxış edən nazir müavini deyib: “Sosial KİV-lər məsuliyyətsiz nəşrlər üçün platforma deyil. Türkiyə faktiki olaraq İŞİD terror təşkilatı ilə müharibə vəziyyətindədir. Türk vətəndaşlarına müxtəlif videokadrların yayılması ilə təsir etmək vətənpərvərlik deyil.”

N.Kurtulmuş onu da qeyd edib ki, terrorçular insanlar arasında qorxunun yayılması üçün bütün çirkin yollara və vasitələrə əl atmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti