...

Avropa Oyunlarının məşəli Naftalan şəhərindədir (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 May 2015 21:32 (UTC +04:00)
Bu gün Avropa Oyunlarının məşəl karvanı Goranboydan Naftalan şəhərinə üz tutub.
Avropa Oyunlarının məşəli Naftalan şəhərindədir (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Bu gün Avropa Oyunlarının məşəl karvanı Goranboydan Naftalan şəhərinə üz tutub.

Trend-in məlumatına görə, Naftalanda məşəl estafeti 4,25 km məsafəni əhatə etməklə, Şirvan küçəsində - Bayraq meydanında quraşdırılmış tağdan keçməklə başlayıb. Birinci məsafəni ictimai fəal gənclərin təmsilçisi kimi Tural Məmmədov qət ediv. Onun ardınca, növbə ilə bu mərasimdə Rahim Muradov, Zaur Məmmədov, Xəyal Abdullayev, Nazim Abdullayev, Vasif Mustafayev, Elman Şərəfxanov, Elman Kamalov, Samir Qocayev və Bakı-2015-in rəsmi tərəfdaşı "Coca Cola"nın nümayəndəsi Lətif Bayramov iştirak ediblər.

Yol üzərində yerləşən "Çinar" mehmanxanasının qarşısında dəvə karvanı abidəsi önündə xatirə şəkilləri çəkdirilib. Mərasim S.Qurbanov küçəsi ilə davam edərək, qarşılanma üçün bəzədilmiş parkda quraşdırılmış səhnədə başa çatdırılıb. Sonuncu məşəlçi cüdo üzrə ölkə çempionatının bürünc medalçısı Fuad Əliyev qrupun digər üzvlərinin müşayiəti ilə səhnənin ətrafına gəlib və burada yerli ictimaiyyəti salamlayıb. Sonra o, səhnəyə dəvət olunub və alov çırağını yandırıb.

Atəşgah məbədində ilk məşəlin alovlandırılması barədə videoçarx təqdim edildikdən sonra yandırılmış çırağı rayon sakinlərinə 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Lalə Nəbizadə nümayiş etdirib. Çıraq Avropa Oyunlarının sonuna qədər söndürülməyəcək və onu Heydər Əliyev Mərkəzində saxlayacaqlar.

Məşəl estafeti mayın 15-də Göygöldə olacaq və sonra qədim Gəncədə Alov festivalı ilə günə yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti