...

Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr edilən möhtəşəm konsert olub (FOTO)

Baku 2015 : EUROGAMES Materials 31 May 2015 00:45 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr olunan “Dostlarla Oyunlara” şüarı altında konsert təşkil edilib.
Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr edilən möhtəşəm konsert olub (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Heydər Əliyev Fondunun dəstəyi ilə Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr olunan "Dostlarla Oyunlara" şüarı altında konsert təşkil edilib.

Trend-in məlumatına görə, birinci Avropa Oyunlarını dəstəkləyən konsertdən əvvəl ölkəmizin bu mötəbər tədbirlərə hazırlığını əks etdirən videoçarx nümayiş olunub. Saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhərimizin sakinləri və paytaxtımızın qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.

"Bakı-2015" birinci Avropa Oyunlarının ulduz elçisi Murad Dadaşovun aparıcısı olduğu konsert proqramında Azərbaycanın incəsənət ustaları Tünzalə Ağayeva, Lalə Məmmədova, Samir Cavadzadə, İradə İbrahimova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Eldar Qasımov, Röya Ayxan, Manana Caparidze və başqalarının çıxışları gözəl yaz axşamında şəhərimizin sakinlərinə və paytaxtımızın qonaqlarına bayram əhval-ruhiyyəsi bəxş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti