...

Rusiya prezidenti telekanalları I Avropa Oyunları ilə bağlı məlumatları işıqlandırmadıqları üçün tənqid edib

Baku 2015 : EUROGAMES Materials 3 İyun 2015 12:58 (UTC +04:00)
Rusiya Federasiyası Prezidenti Vladimir Putin Rusiya televiziya kanallarını vacib idman tədbirlərini, xüsusilə Bakıda keçiriləcək I Avropa Oyunlarını kifayət qədər işıqlandırmadıqları üçün tənqid edib.
Rusiya prezidenti telekanalları I Avropa Oyunları ilə bağlı məlumatları işıqlandırmadıqları üçün tənqid edib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Rusiya Federasiyası Prezidenti Vladimir Putin Rusiya televiziya kanallarını vacib idman tədbirlərini, xüsusilə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı məlumatları kifayət qədər işıqlandırmadıqları üçün tənqid edib.

Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, V.Putin İdman Şurasının iclasında bildirib: "Bu necə ola bilər? Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə məlumat verib ki, dünya səviyyəli idman hadisəsini - Bakıda keçiriləcək I Avropa Oyunlarını bizim kütləvi informasiya vasitələrindən, kanallardan heç biri işıqlandırmaq istəmir. Başa düşürəm ki, bu günki büdcə ilə əlaqədar olaraq məhdudiyyətlər var... Ancaq elə şeylər var ki, onlar vacibdir, bu dünya idman hadisəsidir - tarixdə ilk dəfə Avropa olimpiya oyunları keçirilir. Bəzi prioritetləri müəyyənləşdirmək lazımdır. Görünür, idmanın bu günki təşkilati sistemində informasiya təminatı yüksək səviyyədə, mükəmməl deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti