Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
I Avropa Oyunlarının açılış günündə Bakıda gözlənilən ilkin hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, iyunun 11-də Bakıda hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 28-33 dərəcə isti olacaq.
İyunun 12-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturunun gündüz saatlarında 28-33 dərəcə isti olacağı gözlənilir.
Yaxin 3 gün ərzində - iyunun 10, 11 və 12-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.