...

"The House": Bakı-2015 Azərbaycanı beynəlxalq idman nailiyyətində ön cərgəyə çıxarır (FOTO)

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 19:32 (UTC +04:00)
Böyük Britaniya parlamentinin “The House” jurnalında Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş məqalə dərc olunub.
"The House": Bakı-2015 Azərbaycanı beynəlxalq idman nailiyyətində ön cərgəyə çıxarır (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Böyük Britaniya parlamentinin "The House" jurnalında Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş məqalə dərc olunub.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, "Bakı-2015 Azərbaycanı beynəlxalq idman nailiyyətində ön cərgəyə çıxarır" sərlövhəli məqalədə qeyd edilir ki, idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunları bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək. Bu genişmiqyaslı tədbirdə Avropanın 50 ölkəsindən 6 min atletin iştirak edəcəyi, idmanın 20 növü üzrə qüvvələrini sınayacaqları diqqətə çatdırılıb.

Qeyd olunur ki, Azərbaycanın paytaxtı Bakı 12-28 iyun tarixlərində ilk Bakı-2015 Avropa Oyunlarına ev sahibliyi zamanı 50-dən artıq Avropa ölkəsindən olan 6000-dən çox atleti salamlamağa hazırlaşır: "Bu böyük multi-idman tədbiri Asiya, Panamerika, bütün Afrika və Sakit hövzəsi Oyunlarının ardınca başladılan son kontinental oyundur və Olimpiya Oyunları ilə eyni qaydada - hər 4 ildən bir keçiriləcək. Bakı-2015-in keçirilməsi Azərbaycanın beynəlxalq atletlər üçün dünyanın aparıcı məkanı olaraq yerini möhkəmləndirəcək. 2016-cı ildə "Bakı Avropa Grand Pri" yarışına ev sahibliyi edəcəyi zaman "Formula 1" yarışının səsi şəhərdə əks-səda verəcək".

Bildirilir ki, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 2012-ci ildə Romada baş tutan iclasında Avropa Oyunlarının Bakıda keçirilməsi qərarı veriləndən sonra paytaxtda həyata keçirilən tikinti işlərinin səviyyəsi görünməmiş həddə çatdı: "Bakıda gimnastika, velosiped sürmə, su idmanları və atıcılıq üçün yeni tikilmiş məkanlar, eləcə də açılış və bağlanış mərasimlərinin keçiriləcəyi 68000 nəfərlik stadion da daxil olmaqla ümumilikdə 18 yarış məkanı var.
Bakı-2015 Bakını dünyanın diqqət mərkəzinə gətirəcək. Yarışların yayımlanması üçün dünyanın 57 ölkəsinin televiziya kanalları ilə müqavilə imzalanıb. 830 saatlıq yayımlanma planlaşdırılır".

Məqalədə deyilir ki, 20 idman növündə 253 medal uğrunda keçiriləcək yarışların gərgin olacağı gözlənilir: "Bu idman növlərindən 16-sı Olimpiya idman növləridir. 3x3 basketbol, çimərlik futbolu, karate və sambo da daxil olmaqla atletlərə 12 idman növündə Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verilir. Qalib atlet Avropa Oyunları çempionu titulunun sahibi olacaq. İdmançılar 1042 mənzildən ibarət yeni tikilmiş "Atletlər kəndi"ndə qalacaq və dünyanın qabaqcıl dietoloqlarının müəyyənləşdirdiyi ərzaqla qidalanacaqlar. İdman azarkeşlərinin qeydinə isə Bakı və Avropa Oyunları təcrübəsini maksimuma çatdırmağa niyyətli olan 1600 nəfər könüllü qalacaq. Oyunlara ev sahibliyi edəcəyi bilinəndən sonra Bakı ən yaxşıları işə götürdü. Şəhəri hazırlamaq üçün Yay və Qış olimpiadalarında böyük təcrübələrə malik 20000 podratçı müqavilə əsasında işə götürüldü".

Qeyd olunub ki, Böyük Britaniya Bakı-2015 I Avropa Oyunlarında 150-dən çox atletlə iştirak edəcək: "Bu, 2008-ci il Pekin olimpiadasından sonra Böyük Britaniyanın xaricə göndərdiyi ən böyük komandadır. Böyük Britaniya komandasının tərkibində London-2012 olimpiadasının çempionları boksçu Nikola Adams, taekvondoçu Ceyd Cons və avarçəkən Ed Makkiv də olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti