...

Britaniyalı gimnast: Birinci Avropa Oyunları çox əhəmiyyətlidir (FOTO)

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 12:15 (UTC +04:00)
Birinci Avropa Oyunları doğurdan da çox əhəmiyyətlidir və mən Böyük Britaniya komandası tərkibində bu yarışlarda iştirak etməkdən fəxr edirəm.
Britaniyalı gimnast: Birinci Avropa Oyunları çox əhəmiyyətlidir (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları doğrudan da çox əhəmiyyətlidir və mən Böyük Britaniya komandası tərkibində bu yarışlarda iştirak etməklə fəxr edirəm". Bunu Trend-ə Böyük Britaniyadan olan gimnast Çarli Fellovs deyib.

O bildirib ki, Avropa Oyunları idmançılar üçün böyük təcrübədir: "Burada güclü gimnastlar mübarizə aparır, medal uğrunda gərgin mübarizə gedir. Təbii ki, belə güclü yarışmalar idmançıların inkişafına böyük təsir göstərir".

Birinci dəfə Azərbaycanda olduğunu deyən Ç.Fellovs ölkəmizi çox bəyəndiyini diqqətə çatdırıb: "Birinci dəfədir ki, Azərbaycana gəlirəm, Azərbaycan çox gözəl ölkədir, insanlar çox qonaqpərvər və mehribandır, həqiqətən burada olmaqdan zövq alıram. Bizim üçün burada çox gözəl şərait yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti