...

Azərbaycan gimnastı: Avropa Oyunlarına layiqli rəqiblər gəlib

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 16:37 (UTC +04:00)
"I Avropa Oyunları layiqli rəqiblərin iştirak etdiyi çox ciddi tədbirdir".
Azərbaycan gimnastı: Avropa Oyunlarına layiqli rəqiblər gəlib

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Maksim Tsurkov/

"I Avropa Oyunları layiqli rəqiblərin iştirak etdiyi çox ciddi tədbirdir". Bu barədə Trend-ə Azərbaycan gimnastı, millimizin üzvü Kristina Pravdina deyib.

Onun sözlərinə görə, Oyunlarda rəqabət çox yüksəkdir: "Oyunlara ciddi və layiqli rəqiblər gəlib. Onların arasında Olimpiya çempionları, əməkdar idman ustaları var. Ona görə də rəqabət yüksək səviyyədədir. İdman gimnastikası üzrə çoxnövçülük yarışlarını iki günə ayırıblar ki, bu da ikiqat çətin və məsuliyyətlidir. Əlbəttə, səhvlərimiz olub, hələ komanda üzvləri ilə ahəng əldə etməliyik, proqramı işləməliyik, hərəkətlərə sabitlik və dəqiqlik əlavə etməliyik".

K.Pravdina bildirib ki, gimnastlar daha yaxşı nəticələrə ümid edirdilər: "Təəssüflər olsun ki, ötən gün finala yüksəlməyi planlaşdırdığım mərhələdə səhvə yol verdim. Lakin bu gün nəticələrimizə çatdıq, səhvlərimizi tapmağa və düzəltməyə çalışdıq, hətta Ukrayna komandasını keçdik. Bir neçə həftədən sonra bizi yeni start gözləyir - Cənub Koreyada təşkil olunacaq Universiadada daha yaxşı nəticələr əldə etməyə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti