...

Prezident İlham Əliyev və xanımı taekvondo yarışlarında Ayxan Tağızadənin final uğrunda mübarizəsini izləyiblər (FOTO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 20:57 (UTC +04:00)
İyunun 17-də “Baku Crystall Hall”da birinci Avropa Oyunları çərçivəsində taekvondo üzrə daha iki çəki dərəcəsində yarışlar keçirilib. Kişilər arasında 68 kiloqram çəkidə Azərbaycanı təmsil edən Ayxan Tağızadə yarımfinalda qalib gələrək finala vəsiqə qazanıb.
Prezident İlham Əliyev və xanımı taekvondo yarışlarında Ayxan Tağızadənin final uğrunda mübarizəsini izləyiblər (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İyunun 17-də "Baku Crystall Hall"da birinci Avropa Oyunları çərçivəsində taekvondo üzrə daha iki çəki dərəcəsində yarışlar keçirilib. Kişilər arasında 68 kiloqram çəkidə Azərbaycanı təmsil edən Ayxan Tağızadə yarımfinalda qalib gələrək finala vəsiqə qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gənc idmançımızın finala çıxmaq uğrunda mübarizəsini izləyiblər.

Ayxan Tağızadə yarışa ilkin mərhələdən başladı. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz 11:3 hesabı ilə qalib gələrək dörddə bir finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşdı. On doqquz yaşlı idmançımız təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazandı. Bu mərhələdə Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edən Ayxan Tağızadə finala çıxdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti