...

Ukrayna MOK-un prezidenti: “I Avropa Oyunları Avropa idmanının inkişafına təkan verəcək”

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Bakıda I Avropa Oyunları Avropa idmanının inkişafına təkan verəcək. Bu barədə Trend-ə Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Sergey Bubka deyib.

O bildirib ki, Bakıda bütün bu günlər ərzində möhtəşəm idman bayramına şahid oluruq: "Düşünürəm ki, Avropa Olimpiya Komitəsi bu Oyunların təşkil edilməsi və keçirilməsi ilə bağlı çox mühüm qərar qəbul etdi. Artıq çoxdandır Asiya, Panamerika Oyunları var. İndi Avropa qitəsi də öz oyunlarını keçirəcək".

S.Bubka həmçinin qeyd edib ki, Azərbaycan avropalı idmançılar üçün möhtəşəm imkanlar yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti