...

Alman gimnast: Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 11:13 (UTC +04:00)
"Birinci Avropa Oyunları mənim üçün çox gözəl təcrübə oldu. Bu Oyunlarda iştirak etdiyimə görə çox sevinirəm".
Alman gimnast: Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları mənim üçün çox gözəl təcrübə oldu. Bu Oyunlarda iştirak etdiyimə görə çox sevinirəm". Bunu Trend-ə almaniyalı gimnast Sofi Şeder deyib.

O bildirib ki, Azərbaycan bu Oyunları çox yüksək səviyyədə təşkil edib, idmançılar üçün hər cür şərait yaradıb: "Avropa Oyunlarının açılışı isə çox möhtəşəm idi, böyük zövq aldım".

S.Şeder Azərbaycanda gimnastika haqqında da danışıb. Yarışların keçirildiyi Milli Gimnastika Arenasının geniş və müasir olduğunu bildirən almaniyalı gimnast qeyd edib ki, insanların belə izdihamlı şəkildə yarışlara gəlib tamaşa etməsi və alqışları ilə idmançılara dəstək göstərməsi Azərbaycanda gimnastikaya olan marağı göstərir.

Ölkəmizə birinci dəfə gəldiyini qeyd edən S.Şeder Azərbaycan iqlimindən böyük zövq aldığını deyib: "Azərbaycanı çox bəyəndim. Bakı müasir şəhərdir, İçərişəhəri xüsusilə bəyəndim. Azərbaycanın milli xörəkləri çox dadlıdır. Burada insanlar çox mehriban və qonaqpərvərdir. Azərbaycanda olmaqdan böyük zövq aldım".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti