...

Rusiyalı gimnastlar I Avropa Oyunlarında birinci olduqları üçün xoşbəxtdirlər

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 15:38 (UTC +04:00)
Rusiyalı gimnastlar Yana Pavlova və Anna Kornetskaya I Avropa Oyunlarında qızıl medal qazandıqları üçün xoşbəxtdirlər.
Rusiyalı gimnastlar I Avropa Oyunlarında birinci olduqları üçün xoşbəxtdirlər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Maksim Tsurkov/

Rusiyalı gimnastlar Yana Pavlova və Anna Kornetskaya I Avropa Oyunlarında qızıl medal qazandıqları üçün xoşbəxtdirlər.

Bu barədə idmançılar Trend-ə verdikləri müsahibədə bildiriblər: "Bura ən güclü idmançılar gəlib. Birlikdə məşqlərə bu yaxınlarda başlamışıq və ilk vaxtlar çətin idi. Lakin öhdəsindən gəldik və yarışların qızıl medalını qazandıq. Çox xoşbəxtik!"

Onlar qeyd ediblər ki, Oyunlarda hökm sürən ab-hava Olimpiya Oyunlarını xatırladır: "Bu da adrenalini artırır, insanı cəsarətləndirir. Avropa çempionatı ilə müqayisədə Oyunlara daha ciddi köklənmişdik. Hər şey xoşumuza gəldi, təşkilati işlər yüksək səviyyədədir, tamaşaçıların böyük dəstəyi var. Azərbaycanın I Avropa Oyunlarının keçirilməsində etdiyi hər şeyə görə minnətdarıq!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti