...

Bu gün I Avropa Oyunlarında atıcılıq yarışlarında 3 dəst medal oynanılacaq

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 09:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Bu gün I Avropa Oyunları çərçivəsində atıcılıq yarışları başa çatacaq.

Trend xəbər verir ki, qarışıq komanda halında 10 metrdən hava tüfəngi ilə atəşaçma, 10 metrdən hava tapançası ilə atəşaçma və dairəvi stend yarışları keçiriləcək.

Qarışıq komanda halında 10 metrdən hava tapançası ilə atəş və dairəvi stend yarışlarında Azərbaycan idmançıları da iştirak edirlər.

Yarışların son günü 3 dəst medal oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti