...

İsrail MOK: Avropa Oyunlarının tәşkili heyranedicidir

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 16:47 (UTC +04:00)
"Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib".
İsrail MOK: Avropa Oyunlarının tәşkili heyranedicidir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

"Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib". Bu barədə Trend-ə İsrail Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İqal Karmi deyib.

İ.Karmi bildirib ki, Oyunların tәşkili heyranedicidir: "Burada olmaqdan çox mәmnunam. İndiyә kimi bir sıra beynәlxalq yarışların açılış mәrasiminә qatılmışam və hesab edirәm ki, I Avropa Oyunlarının açılış mərasimi әn yaxşılardan biri idi. Azәrbaycanın tarixi gözәl nümayiş olundu. Mərasim uzun müddət yaddaşlarda qalacaq".

Bakıda ilk Avropa Oyunlarında iştirak edən İsrail idmançıları iki yəhudi sinaqoqunda olublar. Onlar əvvəlcə dağ yəhudilərinin sinaqoquna baş çəkiblər. Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev qonaqlara sinaqoqun Bakıdakı fəaliyyətindən və yəhudilərin Azərbaycanda əsrlər boyu yaşamasından danışıb, həmçinin ölkədə sülh və tolerantlıq ab-havasının hökm sürdüyünü qeyd edib.

Daha sonra idmançılar Avropa yəhudilərinin sinaqoqunda olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti