...

Avropa Oyunlarının gümüş medalçısı: Zədələnməyim Azərbaycan himnini səsləndirməyə imkan vermədi

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 22:27 (UTC +04:00)
Təəssüf ki, ayağımın zədələnməsi Azərbaycanın bayrağını qaldırıb himnini səsləndirməyə imkan vermədi.
Avropa Oyunlarının gümüş medalçısı: Zədələnməyim Azərbaycan himnini səsləndirməyə imkan vermədi

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlkin İzzət/

Təəssüf ki, ayağımın zədələnməsi Azərbaycanın bayrağını qaldırıb himnini səsləndirməyə imkan vermədi.

Trend xəbər verir ki, bunu bu gün Bakı 2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Azərbaycana gümüş medal qazandıran Amil Qasımov deyib.

Onun sözlərinə görə, finalda məğlubiyyətinin əsas səbəbi yarımfinal görüşündə sağ ayağıdan zədə alması olub: "Finala çıxandan sonra həkimə müraciət elədim. Həkim ayağımı sarıdı. Final görüşündə də istəmirdim ki, rəqibim bilsin ki, ayağım ağırıyır. Özümü elə aparırdım ki, bilinməsin. Çox təəssüf ki, 1-2 dəqiqə sonra ağrım özünü biruzə verdi. Rəqibim həmin ayağıma ağrıdıcı fənd tətbiq elədi. Çalışdım ki, dözüm. Bir az dözdüm, gördüm ki, yox, alınmır, ayağım tamam "söndü". Amma bu rəqibimi 2 ay əvvəl Dünya kubokunda yarımfinalda məğlub etmişdim".

Samboçumuz final görüşündən sonra belorus idmançısının hörmət əlaməti olaraq onu çiynində daşımasına münasibət bildirib: "Biz o rəqiblə dəfələrlə yarışlarda görüşmüşük. Bir-birimizi çox yaxşı tanıyırıq. Güləşəndə rəqibik, kənarda isə bir-birimizə hörmətimiz var. O da hörmət əlaməti olaraq mənə kömək etdi. Elə olub ki, mən də yarışlarda udmuşam, sonra da görüşmüşük. Bu idmandır, idmanda hər şey olur".

Qeyd edək ki, Azərbaycanı kişi samboçuların 74 kq-dək çəki dərəcəsində təmsil edən Amil Qasımov Avropa Oyunlarının final görüşündə Belorus təmsilçisi Stepan Papova məğlub olub.

Xəbər lenti

Xəbər lenti