...

Avropa Oyunları ilə bağlı elan olunan fərdi jurnalist müsabiqəsinin qalibləri mükafatlandırıldı (FOTO)

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 13:30 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Avropa Oyunları ilə bağlı elan olunan fərdi jurnalist müsabiqəsinin qalibləri mükafatlandırıldı (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak edib.

V.Səfərli bildirib ki, artıq neçə gündür ki, Azərbaycanda böyük bir idman bayramının keçirilməsinim şahidiyik və bir azərbaycanlı kimi bu Oyunların ölkəmizdə keçirilməsindən qürur duyuruq.

V.Səfərli qeyd edib ki, bu baxımdan birinci Avropa Oyunlarının əhəmiyyətini ictimaiyyətə çatdırmaq üçün fərdi jurnalist yazıları müsabiqəsi elan edildi. Onun sözlərinə görə, müsabiqənin məqsədi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən I Avropa Oyunlarının mətbuatda daha dolğun işıqlandırılması, bununla bağlı jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması olub.

V.Səfərli vurğulayıb ki, müsabiqəyə 34 KİV-dən 52 yazı təqdim edilmişdi: "Yazılar 6 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin yekun nəticələrinə görə, 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, I yer üçün (1 nəfər) 700 manat, II yer üçün (2 nəfər) 500 manat, III yer üçün (3 nəfər) 300 manat məbləğində mükafat nəzərdə tutulub. Bundan əlavə, 10 nəfər jurnalistə 150 manat məbləğində həvəsləndirici mükafat verilib".

Sonra tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev müsabiqənin əhəmiyyətini vurğulayaraq qalibləri təbrik edib. O, Avropa Oyunlarında idmançılarımızın qələbələrinin xalqa çatdırılmasında medianın rolunu vurğulayıb.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmaylov qeyd edib ki, Azərbaycanda Avropa Oyunları kimi önəmli bir tədbirin keçirilməsi ölkəmizin dünyaya yaxşı tanıdılmasına xidmət edib. O, bu tədbirin işıqlandırılması və orada əldə olunan qələbələrin ictimaiyyətə çatdırılmasında medianın böyük rol oynadığını diqqətə çatıdırıb.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov bildirib ki, birinci Avropa Oyunları Azərbaycanda indiyə qədər keçirilən ən böyük yarışmadır. O qeyd edib ki, hər bir xalqın həyatında keçirilən belə böyük tədbirlər insanları ruhlandırır: "İdmançılarımız hər dəfə bayrağımızı qaldırarkən hər kəs çox sevinib".

Ə.Amaşov ümid etdiyini bildirib ki, jurnalistlər gələcəkdə də belə tədbirlərin işıqlandırılmasında mühüm rol oynayacaq.

Sonra müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti