...

Danimarkalı badmintoçu: Avropa Oyunları olimpiadaya bənzəyir

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 17:24 (UTC +04:00)
Böyük turnir olan Avropa Oyunları lokal olimpiadaya oxşayır.
Danimarkalı badmintoçu: Avropa Oyunları olimpiadaya bənzəyir

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Maksim Tsurkov/

"Böyük turnir olan Avropa Oyunları lokal olimpiadaya oxşayır". Bunu Trend-ə danimarkalı badmintonçu Line Kyaersfeldt deyib.

Onun sözlərinə görə, bir çox güclü badmintonçular Bakıya gəlib: "Mənim üçün Oyunlarda qalib gəlmək böyük önəm daşıyacaq. Bu mənim hədəfimdir".

Badmintonçu Oyunların yüksək səviyyədə təşkil edildiyini bildirib: "Buradakı qayda-qanunu, insanların yarışları yaxşı təşkil etmək cəhdlərini görəndə çox təəccübləndim. Zal oyunlar üçün çox rahatdır. Burada oynamaq çox xoşuma gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti