...

Avropa Üzgüçülük Liqası: Avropa Oyunları Azərbaycanı dünyaya təqdim etmək üçün əla imkan oldu

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 17:18 (UTC +04:00)
I Avropa Oyunları Azərbaycanı dünyaya təqdim etmək üçün əla imkan oldu.
Avropa Üzgüçülük Liqası: Avropa Oyunları Azərbaycanı dünyaya təqdim etmək üçün əla imkan oldu

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

I Avropa Oyunları Azərbaycanı dünyaya təqdim etmək üçün əla imkan oldu. Bunu Trend-ə Avropa Üzgüçülük Liqasının nümayəndəsi Simona Smurio Sçiavoni deyib.

O, Bakıda birinci dəfədir olduğunu bildirib: "Bura çox gözəldir, insanlar çox mehribandırlar. Bu barədə İtaliyada danışacağam".

Onun həmkarı Marko Birri qeyd edib ki, Azərbaycan idmançılar üçün əla şərait yaradıb: "Bir çox idmançılar əgər Olimpiya Oyunlarında iştirak etməsələr, daha belə şərait görməyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti