...

Cüdoçumuz Nicat Şıxəlizadə Avropa Oyunlarını medalsız tərk etdi

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 21:01 (UTC +04:00)
Bakı-2015 birinci Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanın medal ümidlərindən hesab edilən Nicat Şıxəlizadə turniri medalsız tərk edib.
Cüdoçumuz Nicat Şıxəlizadə Avropa Oyunlarını medalsız tərk etdi

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı-2015 birinci Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanın medal ümidlərindən hesab edilən Nicat Şıxəlizadə turniri medalsız tərk edib.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarında Azərbaycanın 66 kq-dək çəki dərəcəsindəki təmsilçisi, dünya çemponatının mükafatçısı, Avropa Kubokunun, eləcə də Böyük Dəbilqə və Qran-pri turnirlərinin qalibi N.Şıxəlizadə bürünc medal uğrunda Rusiya cüdoçusu Mixail Pulyayevlə qarşılaşıb.

Tatami üzərində gərgin mübarişə şəraitində keçən görüşdə Rusiya təmsilçisi 3 dəfə sio ilə cərimələnməsinə baxmayaraq, qarşılaşmanın əvvəlində əldə etdiyi bir vaza-ari xalı hesabına qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb. Nicat isə yarışı medalsız tərk edib.

Xatırladaq ki, N.Şıxəlizadə bu görüşədək Sinan Sandala (Türkiyə) və Elio Verdeyə (İtaliya) qalib gəlib, daha sonra Serxiu Oleynikə (Portuqaliya) məğlub olub, təsəlliverici görüşdə isə Ukrayna təmsilçisi Georgi Zantarayadan üstün olmağı bacarıb.

Qeyd edək ki, bu gün Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanın 8 təmsilçisi medal uğrunda mübarizəyə qoşulmuşdu. Onlardan Orxan Səfərov (-60 kq) yarışların yalnız finalında məğlub olaraq Avropa Oyunlarının gümüş medalını qazanıb.

Qadın təmsilçilərimizdən - Leyla Əliyeva(-48 kq), Aişə Qurbanlı (-48 kq), Səkinə Zayirova (-52 kq), Kifayət Qasımova (-57 kq), kişi cüdoçularımızdan İlqar Müşkiyev (-60 kq) və Tərlan Kərimov (-66 kq) isə erkən mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.

Xəbər lenti

Xəbər lenti