...

Danimarka komandasının üzvü: Bakının idman infrastrukturu Olimpiya səviyyəsindədir

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 15:18 (UTC +04:00)
“Bakının idman infrastrukturu Olimpiya səviyyəsindədir”. Bu barədə Trend-ə Danimarka komandasının üzvü Kris Desantis deyib.
Danimarka komandasının üzvü: Bakının idman infrastrukturu Olimpiya səviyyəsindədir

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Bakının idman infrastrukturu Olimpiya səviyyəsindədir". Bu barədə Trend-ə Danimarka komandasının üzvü Kris Desantis deyib.

O bildirib ki, Azərbaycanda idman obyektlərinə sərmayələr və hər şeyin Olimpiya səviyyəsində olacağı haqqında çox eşidib: "Və təəssüratlarım eşitdiklərimi təsdiqlədi".

K.Desantis I Avropa Oyunları çərçivəsində çalışdığı Su İdmanı Sarayının möhtəşəm və Olimpiya səviyyəsində olduğunu xüsusi qeyd edib: "Hovuz möhtəşəmdir, bütün beynəlxalq standartlara cavab verir. Burada məşq etmək üzgüçülər üçün əla təcrübədir".

O bildirib ki, gələcəkdə Bakıdakı başqa yarışlarda da iştirak etmək istərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti