...

Fransız üzgüçü: Avropa Oyunlarında idmançılar üçün ideal şərait yaradılıb

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 16:29 (UTC +04:00)
“Bakıda I Avropa Oyunlarında idmançılar üçün ideal şərait yaradılıb”.
Fransız üzgüçü: Avropa Oyunlarında idmançılar üçün ideal şərait yaradılıb

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Bakıda I Avropa Oyunlarında idmançılar üçün ideal şərait yaradılıb". Bu barədə Trend-ə I Avropa Oyunlarının qızıl mükafatçısı, fransalı üzgüçü Nikolya d'Oriano deyib.

İdmançı Atletlər kəndində mükəmməl şəraitin olduğunu qeyd edib: "Atletlər kəndində bizə lazım olan hər şey var. Bundan başqa, Bakıdakı kimi Su İdmanı Sarayı heç yerdə görməmişəm".

Üzgüçü qeyd edib ki, Bakıda başqa idman yarışlarında da iştirak etmək istərdi: "Təəssüratlarım çox yaxşıdır, yenidən bu təəssüratları yaşamaq istərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti