...

Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn paracüdoçulara medalları təqdim edib (FOTO+VİDEO)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 21:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn paracüdoçulara medalları təqdim edib (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində paralimpiyaçımız İlham Zəkiyev hamıdan güclü olub. 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İ.Zəkiyev finalda ukraynalı Oleksandr Pominovu məğlub edərək Avropa Oyunlarının qızıl medalına sahib olub.

Bu çəkidə bürünc mükafatı isə digər paracüdoçumuz Zakir Mislimov qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti