...

Rusiyanın nüfuzlu portalı I Avropa Oyunlarının dünyada idmanın inkişafına müsbət təsirindən yazıb

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 15:00 (UTC +04:00)
Rusiyanın nüfuzlu rsport.ru idman portalı Bakının ev sahibliyi ilə keçirilən ilk Avropa Oyunlarının 3x3 basketbol idman növünün həm Rusiya, həm də dünyada daha da inkişafına müsbət təsiri barədə yazıb.
Rusiyanın nüfuzlu portalı I Avropa Oyunlarının dünyada idmanın inkişafına müsbət təsirindən yazıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Rusiyanın nüfuzlu rsport.ru idman portalı Bakının ev sahibliyi ilə keçirilən ilk Avropa Oyunlarının 3x3 basketbol idman növünün həm Rusiya, həm də dünyada daha da inkişafına müsbət təsiri barədə yazıb. Trend-in məlumatına görə, məlumatda qeyd olunur ki, Bakı-2015 ilk Avropa Oyunları bu yarışın idman proqramına daxil edilən qeyri-olimpiya idman növlərinin gələcək inkişafına, daha da populyarlaşmasına və olimpiya hərəkatının tərkib hissəsinə çevrilməsinə böyük töhfə olacaq.

Məlumatda bildirilir ki, kişi və qadınlardan ibarət Rusiya yığmaları 3x3 basketbol üzrə Avropa Oyunlarının qalibi olub.

Komandanın üzvü İlya Aleksandrov Oyunların qalibi kimi təəssüratlarını bölüşüb : "Rusiya komandalarının Bakı Oyunlarının basketbol yarışlarında qızıl medal qazanmağı əladır. Bu qələbə Rusiyada 3x3 basketbol idman növünün inkişafına böyük təkandır. Dünyada 3x3 basketbolun mövqeyinə gəldikdə, inanıram ki, o olimpiya idman növü olacaq. Bakıda 3x3 basketbolun necə maraqlı, sürətli, dinamik olduğuna bir daha şahidlik etdiniz."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti