...

Məşhur gürcü-osetin müğənnisi Bakıda islamı qəbul edib (FOTO)

Mədəniyyət Materials 17 Dekabr 2010 15:06 (UTC +04:00)
Artıq yeddi ildir Bakıda yaşayan və işləyən gürcü-osetin müğənnisi Suli müsəlmanlar üçün müqəddəs sayılan cümə günündə islamı qəbul etmək üçün bu gün səhər Azərbaycanın mərkəzi məscidi Təzə Pirə gəlib.
Məşhur gürcü-osetin müğənnisi Bakıda islamı qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir V.İmanov/

Artıq yeddi ildir Bakıda yaşayan və işləyən gürcü-osetin müğənnisi Suli müsəlmanlar üçün müqəddəs sayılan cümə günündə islamı qəbul etmək üçün bu gün səhər Azərbaycanın mərkəzi məscidi Təzə Pirə gəlib.

Məcsidin din xadimi hacı İrşad Suliyə müsəlman qadının vəzifəsini və islam dinin əsaslarını izah edib, ondan pravoslav dinindən müsəlmanlığa məcburiyyətlə yoxsa könüllü keçdiyi haqqında soruşub, çünki islam dinində məcburiyyət yoxdur. O, Suli ilə xoş keçən söhbətdən sonra müğənniyə islam, namazın qılınma qaydaları və islamı qəbul etmək üçün vacib olan şərtlərdən bəhs edən kitab hədiyyə edib, çünki islamı qəbul etmək üçün evdə tam paklanmaq və müvafiq dualar etmək lazımdır.

"Mən islamı qəbul edirəm! Mən buna doğru uzun müddət getmişəm, müvafiq ədəbiyyat oxumuşam və öz daxili aləməmi buna hazırlamışam. Etiraf edim ki, çox çətin olub. Mən hələ keçən həftə islamı qəbul etmək istəyirdim, lakin sağlamlığla bağlı güclü problemlər buna mane oldu. Bu, öhdəsindən gələ bildiyim ciddi sınaq olub. Və budur çoxdan gözlədiyin məqam gəlib çatdı. Səmimi sözümdür, mən hələ ki namaz qılmağa və hicab bağlamağa hazır deyiləm, hər şey tədricən olmalıdır, lakin gec-tez bunu da edəcəm. Xahiş edirəm, hamı məni düzgün başa düşsün, mənə indi dəstək lazımdır. Bəziləri mənim seçimimə qarşı çıxıblar, mane olmağa səy göstəriblər, hətta hesab edirdilər ki, bu hansısa piardır. Necə belə fikirləşmək olar? Dindən necə reklam kimi istifadə etmək olar? Bu ki, hörmətsizlikdir. Əsas odur ki, qəlbim islamı qəbul edib və həyatımın sonuna kimi heç bir çətinliklərə baxmayaraq, Rəhimli Allaha sadiq qalmaq istəyirəm", - Trend Life-a Suli bildirib.

İslam alimlərinin fikrincə, əvvəllər heç vaxt müsəlman olmayan şəxs islamı qəbul edirsə, Uca Allah Rəhməti ilə onun bütün günahlarını bağışlayır və belə insan yenidən doğulmuş körpə kimi təmiz olur.

Suli (Viktoriya Yemelyanovna Xaçirova, qızlıq soyadı Qamxurelidze) Şimali Osetiyada Mosduk şəhərində çoxmillətli ailədə anadan olub. Onun atası osetin, anası isə gürcüdür. Məlum millətlərarası münaqişələrdən sonra onun ailəsi dağılıb və anası üç qızı ilə Tbilisiyə köçüb. Suli burada Dövlət Konservatoriyasını bitirib. Suli yaradıcılığa "Efemera" gürcü rok qrupunda solist kimi başlayıb, sonradan isə model olub. Yeddi il bundan əvvəl azərbaycanlı dostlarının dəvəti ilə Bakıya köçüb. 2009-cu ildə "İlin ən yaxşı əcnəbi müğənnisi" nominasiyasında ikinci dəfə "Qrand-2008"in mükafatçısı olub. O, keçən il Azərbaycanın şou-biznesindən getdiyini bəyan edib, lakin növbəti ilin əvvəlində yenidən səhnəyə çıxmağa hazırlaşır.

Xəbər lenti

Xəbər lenti