...

39 yaşını qeyd edən xalq artisti Faiq Ağayev özünə tülkü dərisindən bahalı kürk hədiyyə etdi (FOTO)

Mədəniyyət Materials 29 Dekabr 2010 17:11 (UTC +04:00)
Bu gün Azərbaycanın xalq artisti, "Cənab Qızıl Şlyager" titulunun sahibi, "100% F.A" Faiq Ağayev 39 yaşını qeyd edir. Şəxsi bayramında təəssüratlarını Trend oxucuları ilə bölüşən xalq artisti əvvəlcə gecə saat 24:00-dan sonra onu təbrik edənlərin sayı haqqında məlumat verdi.
39 yaşını qeyd edən xalq artisti Faiq Ağayev özünə tülkü dərisindən bahalı kürk hədiyyə etdi (FOTO)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Ş.Cavadsoy/

Bu gün Azərbaycanın xalq artisti, "Cənab Qızıl Şlyager" titulunun sahibi, "100% F.A" Faiq Ağayev 39 yaşını qeyd edir. Şəxsi bayramında təəssüratlarını Trend oxucuları ilə bölüşən xalq artisti əvvəlcə gecə saat 24:00-dan sonra onu təbrik edənlərin sayı haqqında məlumat verdi.

  "Məni təbrik edənlərin sayını dəqiq deyə bilərəm. Mobil telefonuma gələn sms-lərin sayını göndərdiyimiz cavablara görə bilirəm. Saat 15:15 üçün göndərdiyim sms cavablarının sayı 167-di. Yanılmıramsa, yüzə qədər insandan təbrik zəngləri qəbul etmişəm. Hazırda sizinlə Heydər Əliyev Fondunun düzənlədiyi bayram konsertindən çıxıb danışıram. Bayram şənliyində həmkarlarım - Aygün Kazımova, Zamiq,  Elnur, Ayan və başqa dostlarım da təbrik etdilər. Günün sonuna yetərincə vaxt qaldığı üçün mənə elə gəlir ki, təbriklərin sayında xeyli artım olacaq", - Faiq Ağayev deyib.

Müğənnidən ona göstərilən bu diqqətin nə dərəcədə önəm daşıması haqqında da xəbər aldıq. "Bir ifaçı olaraq yox, bir insan kimi hamı istəyər ki, onun özəl bayramında təbriklər səslənsin. Ona önəm verilsin. Əlavə olaraq, əgər insan incəsənət sahəsində çalışırsa, o, daha həssas olur. Ona görə də diqqətin olması çox vacibdir. Jurnalistlərdən hər zaman eşitdiyim ənənəvi sualı bu dəfə özüm cavablandırıb deyirəm ki, düz saat 01:30-da anam Səfiyə xanım zəng etdi, xeyli söhbət etdik, mənə olan təbriklərini ünvanladı. Hazırda yoldayam və verilişlərdən birinin canlı yayımına qonaq kimi qatılacağam. Və dərhal oradan çıxıb anamgilə gedəcəyəm. Gecənin özəlliyinə gəldikdə isə ailə üzvlərim başda olmaqla, dostlarımla sabah restoranların birində ad günümü qeyd edəcəyik", - Ağayev əlavə edib.

Hədiyyələrdən söz düşmüşkən, xalq artisti özünə etdiyi hədiyyəsindən də danışdı. "Uşaqlığımdan bu yaşımadək elə doğum günüm olmayıb ki, anam mənə hədiyyə verməsin. Bildiyim qədər xüsusi hədiyyə hazırlayıb mənə, amma nədənsə gizli saxlayıb hələ ki. "Bazar" verilişinin yeni il çəkilişinə qatıldığım zaman əynimdə tülkü dərisindən olan kürk gödəkçəni isə özüm-özümə hədiyyə etdim. Qiymətini açıqlamaq istəməzdim. Amma çox bahalı markadır", - Faiq Ağayev deyib.

Xoş günündə arzularını da dilə gətirən müğənninin özünə etdiyi orijinal arzusu isə belə oldu. "Allahım məni xəta-bəladan hifz eləsin. Mənim simamda bütün insanlara da bunu arzulayıram. Ağlımı başımdan almasın. Sənətdəki uğurlarımı hər zaman təzələməyi arzulayıram. Deyim ki,  bu gün təbrik edən insanlar arasında mənim həyatımı xilas edən həkimlər də oldu. 1 saylı Kliniki Xəstəxanadan məni əməliyyat etmiş cərrahım, reanimasıya həkimim diqqət göstərdilər. Mən bu cür xoşbəxtlik bəxş edən insanların əhatəsində yaşadığım üçün çox şadam", - xalq artisti əlavə edib.

Son olaraq biz də bütün xoş sözlərə qoşularaq, sevimli müğənnimizi, səhnədə keyfiyyət göstəricisi hesab edilən Faiq Ağayevi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və hər zaman birinciliyini qoyurub saxlamağını arzulayırıq. 

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti