...

Azərbaycan müğənnisi kitab satışı ilə məşğul olacaq (FOTO)

Mədəniyyət Materials 7 Yanvar 2011 16:22 (UTC +04:00)
Müğənni Nura Suri cəmiyyətimizdə kitaba, mütaliəyə marağı artırmaq məqsədilə keçirilən aksiyada növbəti dəfə iştirak edəcək.
Azərbaycan müğənnisi kitab satışı ilə məşğul olacaq (FOTO)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir Ş.Cavadsoy/

Müğənni Nura Suri cəmiyyətimizdə kitaba, mütaliəyə marağı artırmaq məqsədilə keçirilən aksiyada növbəti dəfə iştirak edəcək. Bu barədə Trend-ə müğənninin mətbuat katibi Tahirə Məmmədqızı məlumat verib.

"Yanvarın 9-da "Əli və Nino" kitab mağazasında müğənni yenidən kitab satacaq. Xatırladım ki, o, bir müddət əvvəl də belə bir aksiyada iştirak etmişdi. Nura xanımın bu aksiyada iştirakı çox maraqla qarşılandığından, müğənninin yenidən bu aksiyada iştirakı xahiş edilib. Və o da məmnuniyyətlə belə bir tədbirdə yenidən iştiraka razılıq verib. Müğənnilər arasında kitab oxuyanların sırasında ən ön yerləri tutan Nura xanım belə tədbirlərin keçirilməsinin önəmindən danışıb. Bildirib ki, insanlarda kitaba marağı artırmaq gələcəyimizin savadlanmasına, gəncliyimizin intellektual səviyyəsinin artmasına təkan ola bilər. Ona görə də Nura Suri bir daha öz imzası ilə kitab satacaq. Mərasimdə müğənninin sənət dostları və ziyalılarımızın iştirakı nəzərdə tutulub", - müğənninin mətbuat katibi fikirlərini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti