...

İlhamə Quliyeva Bakını tərk etdi

Mədəniyyət Materials 12 Yanvar 2011 12:38 (UTC +04:00)
Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşüb.
İlhamə Quliyeva Bakını tərk etdi

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşüb.

Trend-in məlumatına görə, bu barədə müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat yayıb.

Onun sözlərinə görə, İlhamə xanım Köhnə Yeni ili Moskvada qarşılayacaq və bu şəhərdə istirahət edəcək.

Məqsəd həm də oradakı azərbaycanlılarla görüşməkdir. Sənətkar Bakıya iki həftədən sonra qayıdacaq.

Xəbər lenti

Xəbər lenti