...

Qarşıma bir məqsəd qoymuşam - "Eurovision-2011" milli seçimlərinin yarımfinalçısı Eldar Qasımov (FOTO)

Mədəniyyət Materials 12 Yanvar 2011 17:49 (UTC +04:00)
Azərbaycanı bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək üçün İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV)
Qarşıma bir məqsəd qoymuşam - "Eurovision-2011" milli seçimlərinin yarımfinalçısı Eldar Qasımov (FOTO)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanı bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək üçün İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV).

təşkil olunan milli seçimlərdə mübarizə aparan və tamaşaçıların, eləcə də münsiflərin qərarı ilə növbəti yarımfinala vəsiqə qazanan 9 iştirakçıdan biri də gənc istedadlı müğənni Eldar Qasımovdur.

Artıq iki gündür ki, o, canlı yayımla nümayiş olunan konsertlərdə yaxşı performans göstərərək, rəqiblərindən heç də geri qalmadığını sübut edir. Trend-ə təəssüratlarını bölüşən Eldar Azərbaycanı "Eurovision-2011" yarışmasında layiqincə təmsil etmək üçün hazır olduğunu bildirdi. "Bundan əvvəlki çıxışlarım kimi yenə də mahnı seçimlərimə çox ciddi və məsuliyyətlə yanaşıram. Elə mahnılar seçirəm ki, həm münsiflərin, həm də tamaşaçıların xoşuna gəlsin. Çünki artıq beşliyin müəyyən olunduğu mərhələdə mübarizə aparıram. Qarşıma bir məqsəd qoymuşam. Ən yaxşı mahnılar oxumaq, ən cəlbedici rəqs etmək, ən mükəmməl performans sərgiləmək. Sevindirici haldır ki, tamaşaçıların dəstəyini göndərilən smslərdə yetərincə hiss edirəm. Rəqiblərin kimliyinə gəldikdə isə onlar arasında ayrı-seçkilik etmək istəməzdim. Hər bir iştirakçı mənim üçün güclü rəqibdir. İçi mən qarışıq, hamımız Almaniyaya gedib, Azərbaycanı "Eurovision"da təmsil etmək istəyirik", - Qasımov deyib.

Məlumat üçün bildirək ki, 14 yanvarın tarixinə kimi davam edəcək yarımfinalın iştirakçıları aşağıdakı gənc müğənnilərdir: İlqarə İbrahimova, Aynişan Quliyeva, Eldar Qasımov, Çingiz Mustafayev, Günay İbrahimli, Nurlan Növrəsli, Arzum, Nigar Camal və İlhamə Qasımova. Məhz bu iştirakçılar arasından 5 ən layiqli namizəd seçiləcək və finala vəsiqə qazanacaq. Ölkə üzrə builki təmsilçimizin kimliyi əsas final mərhələsində müəyyən olunacaq. Final mərhələsinin fevralın 3-də keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti