...

Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyi münasibəti ilə Strasburqda konsert keçirilib

Mədəniyyət Materials 26 Yanvar 2011 14:59 (UTC +04:00)
Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyi münasibəti ilə istedadlı cazmen Emil Əfrasiyabın Strasburq Konservatoriyasının konsert zalında "İki dünya" adlı folk-caz konserti təşkil edilib. Bu barədə Trend-ə çərşənbə günü vropa Şurası (AŞ) yanında daimi nümayəndəliyindən məlumat verilib.
Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyi münasibəti ilə Strasburqda konsert keçirilib

Fransa, Strasburq, 26 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyi münasibəti ilə istedadlı cazmen Emil Əfrasiyabın Strasburq Konservatoriyasının konsert zalında "İki dünya" adlı folk-caz konserti təşkil edilib. Bu barədə Trend-ə çərşənbə günü vropa Şurası (AŞ) yanında daimi nümayəndəliyindən məlumat verilib.

Konsert Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin AŞ yanında daimi nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutub.

Tədbirdə giriş nitqi söyləyən Azərbaycanın AŞ yanında daimi nümayəndəsi Arif Məmmədov konsertin Azərbaycanın AŞ-yə üzvlüyünün 10 illiyi münasibəti ilə təşkil edildiyini və onun Strasburqda təşkil edilən Azərbaycan mədəni tədbirlərinin davamı olduğunu qeyd edib.

Məmmədov bildirb ki, konsert Strasburq ictimaiyyətinə və xarici qonaqlara Azərbaycan mədəniyyətini bir daha yaxından tanımağa, eləcə də digər musiqi janrları ilə yanaşı caz musiqi janrının da yüksək səviyyədə inkişaf etdiyini göstərməyə imkan verəcək. O, bildirib ki, folk-caz konsertinin özəl xüsusiyyəti onun özündə caz musiqisi və Azərbaycan milli musiqisini birləşdirməsidir.

Tədbirdə AŞ-nin yüksək vəzifəli rəsmiləri, AŞPA-da Azərbaycan numayəndə heyətinin üzvləri, təşkilat yanında akkreditasiya olunmuş ölkələrin daimi nümayəndələri, Strasburq ictimaiyyətinin nümayəndələri, dövlət orqanlarının məsul şəxsləri, Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti