...

"William Hill" bukmeker kontoru - Nigar və Eldar beşincidirlər

Mədəniyyət Materials 8 Mart 2011 11:19 (UTC +04:00)
Böyük Britaniyanın "William Hill" bukmeker kontoru Düsseldorfda keçiriləcək "Eurovision 2011"in finalı ilə bağlı proqnoz verib.
"William Hill" bukmeker kontoru - Nigar və Eldar beşincidirlər

Böyük Britaniyanın "William Hill" bukmeker kontoru Düsseldorfda keçiriləcək "Eurovision 2011"in finalı ilə bağlı proqnoz verib.

Avropa İttifaqı ölkələrinin vətəndaşları müsabiqədə oxuyacaqları mahnını hələ ki müəyyənləşdirməyən Azərbaycan təmsilçilərini - Eldar Qasımov və Nigar Camalı beşinci yerdə görürlər.

Daha çox Norveç nümayəndəsinə üstünlük verilir, sonra Rusiya və Estoniya nümayəndələri gəlir.

Skandinaviya ölkəsini təmsil edən Keniya əsilli qaradərili Stella Mvanqanın qələbə əmsalı beşə bərabərdir. 24 yaşlı müğənninin müsabiqədə ifa edəcəyi "Haba Haba" mahnısı iki dildə - ingilis və suaxili (qızın doğma dilində) dilində yazılıb.

Bukmekerlər ikinci yerdə "Get You" mahnısı ilə Rusiya təmsilçisi Aleksey Vorobyovu görürlər. Onun qələbəsinə üstünlük 5-in 1-ə nisbətində verilir.

"Rockefeller Street" mahnısı ilə çıxış edəcək estoniyalı Getter Yaaninin şansı təxminən eyni - 6-nın 1-ə nisbətində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti