...

"Next" qrupu kobudluğa görə üzr istədi

Mədəniyyət Materials 10 Mart 2011 15:42 (UTC +04:00)
Beynəlxalq Qadınlar Günündə keçirilən "Kişilər oxuyur" adlı konsert zamanı aparıcı qismində çıxış edən "Next" qrupunun üzvləri tədbirdə baş verən bəzi üzücü məqamlara aydınlıq gətirdi. Bu barədə qrupun mətbuat katibi Aysər Həsənli Trend-ə yazılı məktub ünvanlayıb.
"Next" qrupu kobudluğa görə üzr istədi

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ş.Cavadsoy/

Beynəlxalq Qadınlar Günündə keçirilən "Kişilər oxuyur" adlı konsert zamanı aparıcı qismində çıxış edən "Next" qrupunun üzvləri tədbirdə baş verən bəzi üzücü məqamlara aydınlıq gətirdi. Bu barədə qrupun mətbuat katibi Aysər Həsənli Trend-ə yazılı məktub ünvanlayıb.

"Tədbir zamanı mühafizə xidmətinin diqqətsizliyi fanklub üzvlərini narahat edib. Belə ki, cangüdənlərin qızlara qarşı kobudluğu yanlış anlaşılıb. Daha dəqiq desək, qrup bunu fanatlardan qorunmaq üçün etməyib. "Next"çilər fanatlarla yaxın olmağa, ünsiyyət qurmağa çalışırdılar, nəinki onları özlərindən uzaqlaşdırmağa. Amma kənardan elə təəssürat yaranırdı ki, sanki "Next" tamaşaçılardan qaçmaq istəyir. Əksinə, qrup üzvləri ora toplaşanları əyləndirməyə, birgə rəqs etməyə çağırırdı. Çox təəssüf ki, təşkilatçıların istəyi ilə çoxlu sayda cangüdən çalışdığı üçün fanatlara müəyyən narahatlıqlar yarandı. İnşallah növbəti konsertimizdə fanatlar üçün daha əlverişli şərait yaradarıq. "Next" qrupu kobudluğa görə bütün fanatlarından üzr istəyir", - Aysər Həsənli belə yazır.

Xəbər lenti

Xəbər lenti