...

KVN teatrının ən gənc aktyoru İbrahim Bəhramzadə ulduz xəstəliyinə tutulub (FOTO)

Mədəniyyət Materials 12 Aprel 2011 18:27 (UTC +04:00)
"Planeta Parni iz Baku" KVN teatrının ən gənc aktyoru İbrahim Bəhramzadə haqqında bəzən deyirlər ki, o, ən məşhur KVN-çi Bəhram Bağırzadənin oğludur.
KVN teatrının ən gənc aktyoru İbrahim Bəhramzadə ulduz xəstəliyinə tutulub (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir V.İmanov/

"Planeta Parni iz Baku" KVN teatrının ən gənc aktyoru İbrahim Bəhramzadə haqqında bəzən deyirlər ki, o, ən məşhur KVN-çi Bəhram Bağırzadənin oğludur. Bakının nüfuzlu "Dünya məktəbi"ndə 8-ci sinifində oxuyan istedadlı uşaq artıq yeniyetməlik dövründə "Planeta Parni iz Baku" KVN teatrının qocamanına çevrilib. O, artıq 6 ildir ki, orada çıxış edir. Teatrın aprelin 14, 15 və 16-da Heydər Əliyev sarayında keçiriləcək 10-cu yubiley konserti ərəfəsində İbrahim Trend-ə səhnəyə necə gəldiyindən və məktəbdəki ulduz xəstəliyindən danışıb.

"8 yaşım olanda atam məni teatra gətirib. Altı il keçdi və mən sözün əsl mənasında səhnə il doğmalaşdım. İlkin vaxtlarda məndə həyəcan var idisə, bu gün özümü tamamilə sərbəst hiss edirəm. KVN mənin qanıma o qədər işləyib ki, hətta düzünü desəm, ulduz xəstəliyinə tutulmuşam... Lakin müəllimlər məni gözdən qoymurlar və irad tuturlar ki, məktəb səhnə deyil. Güzəştə də getmirlər", - İbrahim Trend-ə şikayət etdi.

Onun sözlərinə görə, teatr rəhbəri Tahir İmanov məktəbdəki müəllimlərdən daha ciddi və tələbkardır.

"Mən teatrda hazırcavablıq, yumor hissi, səhnə mədəniyyəti kimi çox şey öyrənmişəm. KVN mənə həyatda çox şey verib, çünki bizim Tahir İmanov kimi ciddi və tələbkar müəllimimiz var. Məktəbdə nəyi bilirsən, onu da danışırsan, teatrda isə daha çox şey etmək tələb olunur", - teatrın ən gənc aktyoru əlavə edib.

Xəbər lenti

Xəbər lenti