...

Türkiyə ulduzu Bengünün Bakıya toy səfəri (FOTO)

Mədəniyyət Materials 30 Aprel 2011 14:11 (UTC +04:00)
Türkiyənin ulduz müğənniləri Azərbaycan toylarında tez-tez qonaq olurlar. Tarkan, Sibel Can, Sərdar Ortac, Hadisə, Ozcan Dəniz, Murat Boz, Kibariyə və əlbəttə ki, Bengü Erden.
Türkiyə ulduzu Bengünün Bakıya toy səfəri (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin ulduz müğənniləri Azərbaycan toylarında tez-tez qonaq olurlar. Tarkan, Sibel Can, Sərdar Ortac, Hadisə, Ozcan Dəniz, Murat Boz, Kibariyə və əlbəttə ki, Bengü Erden. Onu Bakıda çox sevirlər, mahnıları isə türk mahnıları arasında ilk yerlərdən birini tutur. Erdenin repertuarına həm türk, həm də Azərbaycan bəstələri daxildir. Dünən müğənni azərbaycanlı iş adamının toyunda iştirak edib. O, Bakıya məşhur rəqqasələr Nihal və Demet ilə birgə gəlib.

"Bakıya gəlməyi çox sevirəm. Bu gözəl və qonaqpərvər şəhərdə özümü evdəki kimi hiss edirəm. Sənəti həqiqətən qiymətləndirən, qonaqlara mehribanlıqla və hörmətlə yanaşan tamaşaçılarınız qarşısında çıxış etmək çox xoşdur. Tamaşaçılara salam göndərirəm, onları ürəkdən öpürəm. Siz hamınız gözəl insanlarsınız ", - Bengü Trend-ə deyib.

Maraqlıdır ki, adətən ulduzlar Bakıya öz stilistləri ilə gəlirlər. Lakin bu dəfə Bengü azərbaycanlı stilist-vizajist Səbinə İmanovaya etibar etmək qərarına gəlib və onun işindən çox razı qalıb.

"Mən heç gözləmirdim ki, Səbinə xanım imicimi belə dəyişəcək. Onun sehrli əlləri var", - Bengü bildirib.

Müğənninin sözlərinə görə, yaxın vaxtlarda o, yeni albomunun təqdimatı üçün yenidən Bakıya gələcək.

Bengünün səfəri məşhur türk prodüseri, "Akkaya production"ın baş direktoru Əhməd Akkaya tərəfindən təşkil olunub.

Foto - Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti