Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycan estrada musiqisinin əvəzolunmaz ifaçılarından sayılan Təranə Vəlizadə illər ötməsinə baxmayaraq, öz cazibədarlığını necə qoruyub saxladığından danışdı. Məclislərin birində Trend-in foto-kamerasına tuş gələn gözəl sənətçi öncə şəkil çəkdirdi, daha sonra xarici görkəmiylə bağlı bunları dedi: "Müdriklərdən biri qadınlar haqqında çox gözəl sözlər deyib - "Çirkin qadın yoxdur, sadəcə özünə fikir verməyən qadın var". Bu sözün hikməti bütün suallara cavab verir. Sadəcə, səhhətimin qayğısına qalıb, normal qidalanmağa çalışıram. Əsl sirri isə səsimin sehri ilə əlaqələndirərdim. Təvazökarlıqdan uzaq səslənməsin, bəlkə müğənni olmasaydım, ailəm və qohumlarımdan başqa heç kimin gözünə yaraşıqlı xanım görünməzdim. Məhz sahib olduğum sənət məni milyonların içindən seçdi və Allahın köməyi ilə bugün də tələb olunan sənətçilər arasındayam. Bundan böyük xoşbəxtlik yoxdur mənim aləmimdə", - Vəlizadə dedi.
Foto: Şahin Cavadsoy