...

9 may - Qələbə bayramında "Next" qrupu Gürcüstanda (FOTO)

Mədəniyyət Materials 2 May 2011 16:47 (UTC +04:00)
4 yaraşıqlı oğlandan ibarət "Next" qrupu ikinci dəfə Gürcüstan səhnəsində çıxış edəcək. Bu barədə Trend-ə qrupun mətbuat katibi Aysər Həsənli məlumat verib.
9 may - Qələbə bayramında "Next" qrupu Gürcüstanda (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Ş.Cavadsoy/

4 yaraşıqlı oğlandan ibarət "Next" qrupu ikinci dəfə Gürcüstan səhnəsində çıxış edəcək. Bu barədə Trend-ə qrupun mətbuat katibi Aysər Həsənli məlumat verib.

"9 may - Qələbə bayramında "Next" qrupunun solistləri Gürcüstanda solo-konsert proqramı ilə çıxış edəcək. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və iş adamı Tural Bayraməliyevin təşkilatçılığı ilə keçirləcək. Qeyd edək ki, konsert Gürcüstanın Marneuli Mədəniyyət Sarayında olacaq. Ulu öndərin xatirəsinə həsr olunmuş konsertdə məxsusi olaraq Heydər Əliyev şəxsiyyətinə ithaf olunmuş, musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid "Pride" əsəri səsləndiriləcək. "Next" qrupu bu mahnını dünya şöhrətli balaban ustası Əlixan Səmədovla birgə yazdırıb", - Aysər Həsənli dedi.

Mətbuat katibinin sözlərinə görə, builki proqram ötənilki çıxışlarından xeyli fərqlənəcək. "Konsert proqramımızda hələ heç yerdə səslənməyən yeni musiqlər də yer alacaq. İnanırıq ki, ötənilki uğurumuzu təkrarlaya biləcəyik. Nəzərə alsaq ki, keçən il verdiyimiz konsertdən sonra Gürcüstanda çoxlu sayda fanat toplaya bilmişik, deməli, bu bir o qədər də çətin olmayacaq" - Həsənli belə qənaətdədir.

Xatırladaq ki, "Next"in üzləri ötən il mayın 28-də Gürcüstanın Tbilisi Dövlət Filarmoniyasında "Love for sale" adlı konsert proqramı ilə çıxış etmişdilər.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti