...

Bəstəkar Murad Arifin "İstanbul" mahnısı Türkiyənin tanınmış dj-nin təqdim etdiyi albomda (FOTO)

Mədəniyyət Materials 10 May 2011 18:41 (UTC +04:00)
Türkiyənin çox tanınmış dj-lərindən biri olan Suat Ateşdağlı satışa çıxardığı "Bosphorus night" ("Bosfor gecəsi") musiqi toplusunun dördüncü buraxılışında təqdirəlayiq addım atıb.
Bəstəkar Murad Arifin "İstanbul" mahnısı Türkiyənin tanınmış dj-nin təqdim etdiyi albomda (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin çox tanınmış dj-lərindən biri olan Suat Ateşdağlı satışa çıxardığı "Bosphorus night" ("Bosfor gecəsi") musiqi toplusunun dördüncü buraxılışında təqdirəlayiq addım atıb. Trend Türkiyənin www.yenidunya.com internet saytına istinadən xəbər verir ki, populyar türk, eləcə də digər dövlətlərin estrada ulduzlarının mahnılarının və ən əsası dj-in öz remikslərinin toplandığı albomun ilk mahnısı populyar Azərbaycan müğənnisi Xəyyam Nisanovun ifasında səslənən "İstanbul" mahnısıdır. Türk saytları yazır ki, qısa müddətdə satışa çıxmasına baxmayaraq, "Bosphorus night-4" dinləyicilər tərəfindən maraqla qarşılanıb və satışı gözlənildiyindən də yüksək olub. Trend-ə açıqlamasında tanınmış Azərbaycan bəstəkarı, tele-aparıcı və şoumen Murad Arif xoş hadisə ilə bağlı bunları dedi:

- Bir ildən artıqdır ki, Türkiyənin tanınmış "Yeni dünya müzik" musiqi şirkəti ilə danışıqlar, müqavilələr mərhələsindəydim. Və sonda razılığa gəldik. Rəsmi mənbələrdən aldığım məlumata görə, albom bu dəqiqə Türkiyədə ən çox satılan yığma disklərə rəhbərlik edir. Və "İstanbul" mahnısı da albomda ən çox maraq çəkən mahnı oldu. Sizcə, tanınmış türk müğənniləri - Meqa Star Tarkan, Soner Sarikabadayi, Bengünün mahnılarının daxil olduğu albomun məhz bizim Azərbaycan dilində oxunan "İstanbul" mahnısı ilə başlaması az bir şeydir? Qürurvericidir ki, "İstanbul" albomun birinci mahnısıdır. Və bu mənim üçün ən real sübutdur! Çoxları yazdığım musiqilərimə müxtəlif qiymət verirdi. Amma danılmaz faktdır ki, Türkiyənin musiqi strukturlarının rəhbərləri özləri məni tapdılar. Onlar əvvəlcədən qonorar ödəyib, mahnının eksklüziv hüquqlarını əldə etdilər. Onu da deyim ki, albom satışa çıxdığı gündən etibarən əldə ediləcək gəlirdən mənim də hesabıma faizlər yatırılacaq.

Müsahibəsi zamanı bəstəkar albomda yer alan mahnısının müqabilində nə qədər maddi gəlirə sahib olduğunu açıqlamaq istəmədi. Təkcə, "yaxşı məbləğdir, inanın" deməklə kifayətləndi.

Sonda sizə dj Suat Ateşdağlının rəsmi internet saytını və albomun "Yeni dünya müzik" şirkətinin saytında yer aldığı linki təqdim edirik:

www.suatatesdagli.net

http://www.yenidunya.com/Bosphorus-Night-4-by-Suat-Atesdagli-Various-Artists,PR-139.html

Xəbər lenti

Xəbər lenti