Azərbaycan, Bakı, 28 may /Trend/
Türk pop musiqisinin kralı İbrahim Tatlısəs Almaniyada uzunmüddətli müalicədən sonra bu günlərdə Türkiyəyə qayıdacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haber 7" telekanalı məlumat verib.
Telekanalın Tatlısəsə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, müğənninin vəziyyəti çox yaxşıdır və o, artıq gəzə bilir. Mənbə Tatlısəsin Türkiyəyə dəqiq hansı tarixdə gələcəyini söyləməyib.
Tatlısəs martın 14-də silahlı basqına məruz qalıb. Müğənninin həyatına sui-qəsd zamanı o, başından ağır güllə yarası alıb, assistenti isə çiynindən vurulub.
Tatlısəsə sui-qəsddə şübhəli bilinən 20 nəfər İstanbul polisi tərəfindən saxlanılıb. Sui-qəsdin Abdullah Uçmaqın rəhbərliyi ilə törədildiyi müəyyən edilib.
Abdullah Uçmaq və onun 4 adamı daha əvvəl də İbrahim Tatlısəsə sui-qəsd hazırladıqları üçün mühakimə olunub.
İbrahim Tatlısəs Türkiyəyə qayıdır