...

Müğənni Sevda Əliqızı ailə həyatı qurması ilə bağlı hiddətli açıqlama verdi

Mədəniyyət Materials 21 İyun 2011 18:13 (UTC +04:00)
Azərbaycanın estrada müğənnisi Sevda Əliqızı 15 iyun tarixində Türkiyənin İzmir şəhərində baş tutmuş toyunun detalları barəsində ilk dəfə Trend-ə danışdı.
Müğənni Sevda Əliqızı ailə həyatı qurması ilə bağlı hiddətli açıqlama verdi

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın estrada müğənnisi Sevda Əliqızı 15 iyun tarixində Türkiyənin İzmir şəhərində baş tutmuş toyunun detalları barəsində ilk dəfə Trend-ə danışdı. Türkiyəli iş adamı ilə ailə həyatı quran müğənni, işlərinin çoxluğu ilə əlaqədar Bakıya qayıdan kimi həyatında baş verən xoş hadisəyə şərh vermək üçün özü maraqlı oldu.

"Başa düşə bilmirəm, ailə həyatı qurmağımda nə qəbahət görüblər? Yalandan, gizlindən toy etməmişəm ki? Mənə təsir edən odur ki, bəzi etibarlı mənbə kimi göstərilən mənə yaxın insanlar mediaya əsası olmayan məlumatlar ötürürlər. Yazılanlara görə, guya, oğlum mənim ailə həyatı qurmağıma narazı olub. Guya, təkcə anam toyumuza qatılıb. Axı, necə ola bilər ki, oğlum mənimlə Türkiyəyə getdiyi bir halda, bu kimi xəbərlər saytlarda şişirdilmiş formada yazılır. Bəli, illərdən bəri dostluq etdiyim və duet ortağım olan əməkdar artist Səməd Səmədov özü təsdiqləmişdi ki, Sevda Əliqızı ailə həyatı qurur. Heç kimə izn vermərəm ki, müxtəlif forumlarda şəxsiyyətimə toxunan sözlər yazsınlar. Lazım gələrsə, hüquq-mühafizə orqanlarına müraciət edib boşboğaz insanların kimliklərini aydınlaşdırar və onlara kim olduğumu göstərərəm. Ayıb olsun o insanlara ki, mənim ailə həyatı qurmağımı müzakirəyə çıxarıb ağızlarına gələni yazırlar. Mən uşaq deyiləm. Qoy, hamı öz işi ilə məşğul olsun!" - hiddətdolu açıqlamasını Sevda xanım bu sözlərlə tamamladı.

Xəbər lenti

Xəbər lenti